Azərbaycan cüdoçusu: Olimpiya çempionu olub atamı sevindirmək istəyirəm
Fərdi
- 18 iyul, 2024
- 09:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ən böyük arzum olimpiya çempionu olmaqdır. Çempion olub atamı sevindirmək istəyirəm.
“Report” xəbər verir ki, bunu Paris olimpiadasında Azərbaycanı təmsil edəcək Elcan Hacıyev Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
22 yaşlı cüdoçu ən böyük dəstəyi atasından aldığını deyib:
“Ən böyük dəstəkçim və fanatım atamdır. Demək olar ki, yarışlara məndən çox baxır, rəqiblərimi izləyir. Şəklimi paylaşır. Mənimlə fəxr edir. Mən də onunla fəxr edirəm. Atam özü də idmançı olub. Sadəcə, şərait olmadığı üçün karyerasına davam etməyib. Özü etmək istədiklərini məndə görmək arzusunda idi”.
Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Son xəbərlər
21:05
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb
Futbol
21:04
Foto
Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib
Turizm
20:59
"Gəncə" FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub
Komanda
20:54
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb
Digər ölkələr
20:39
Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib
Xarici siyasət
20:36
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
Sosial müdafiə
20:23
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
Energetika
20:06
Belçika səfiri Rusiya XİN-ə çağırılıb
Region
20:02
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 31 nəfər saxlanılıb
Region