Azərbaycan cüdoçuları Böyük Dəbilqədə iki medal qazanıb

Azərbaycan cüdoçuları Böyük Dəbilqədə iki medal qazanıb Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.
Fərdi
6 Fevral , 2022 22:50
Azərbaycan cüdoçuları Böyük Dəbilqədə iki medal qazanıb
Məmmədəli Mehdiyev

Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb. 

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən gürcüstanlı legioner finalda monqolustanlı Tsetsentsengel Odxuuya uduzub. 

Beləliklə, Azərbaycan yığması Böyük Dəbilqəni 2 gümüş medalla başa vurub. Daha əvvəl Məmmədəli Mehdiyev (90 kq) da finalda məğlub olub. 

22:01

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib yaponiyalı Sanşiro Murao olub.

Mehdiyev qarşılaşmadan məğlubiyyətlə ayrılaraq, gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan yığmasının Paris turnirində ilk medalı olub. Daha bir medalın əyarına 100 kq-dan yuxarı çəki dərəcəsində Uşangi Kokaurinin monqolustanlı Tsetsentsengel Odxuu ilə final görüşündə aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi