Azərbaycanın 36 cüdoçusu İspaniyada keçirilən Olimpiya Təlim Düşərgəsinə cəlb olunub
Fərdi
- 21 may, 2025
- 10:55
Azərbaycanın 36 cüdoçusu (28 kişi, 8 qadın) Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsinə cəlb olunub.
Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, təmsilçilərimizə kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatif və gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli rəhbərlik edir.
Təlim düşərgəsi iyunun 13-20-si aralığında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatına, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, 20-dən çox ölkənin iştirak etdiyi beynəlxalq təlim-məşq toplanışı mayın 23-də başa çatacaq.
Son xəbərlər
00:58
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınayıb
Region00:53
Foto
DÇ-2026: 1/4 final mərhələsinin Fransa - Mərakeş oyununda ilk hissə bitib - YENİLƏNİR
Futbol00:32
İranın Türkiyədəki səfirliyi NATO sammitinin yekun bəyanatına etiraz edib
Region00:03
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
Digər ölkələr23:56
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
Digər ölkələr23:45
İngiltərə yığmasının müdafiəçisi Kuansa iki oyunluq diskvalifikasiya edilib
Futbol23:36
Uqandada ərzaq qıtlığından 16 nəfər həlak olub
Digər ölkələr23:32
Buşehrdəki partlayış səsinin səbəbi müəyyənləşdirilir
Region23:21