Yuxarı
    Bağlamaq

    Azərbaycan cüdoçusu Orxan Səfərov dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB-5

    İdmançı finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takotaya məğlub olub

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını gümüş medalla baş vurub. 

    "Report"un məlumatına görə, 26 yaşlı idmançı finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takotaya məğlub olub. 

    Yaponiyalı cüdoçu əvvəlcə vazari fəndini tətbiq edərək rəqibindən 1 xal alıb, daha sonra ipponla 3 dəqiqə 20 saniyəyə təmiz qələbə qazanıb - 11:0. 


    *** 18:38

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib.

    "Report"un məlumatına görə, 26 yaşlı idmançı yarımfinalda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı özbəkistanlı Diyorbek Urozboyevə qalib gəlib. 

    Azərbaycanlı cüdoçu əvvəlcə vazari fəndini tətbiq edərək rəqibindən 1 xal alıb, daha sonra ipponla 2 dəqiqə 10 saniyəyə təmiz qələbə qazanıb - 11:0. 

    Onun finalda rəqibi yaponiyalı Naohişa Takota olacaq. 


    *** 14:56

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

    "Report"un məlumatına görə, 26 yaşlı idmançı 1/4 finalda qazaxıstanlı dünya və Asiya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Eldos Smetova qalib gəlib. Sona 30 saniyə qalmış hakim Smetova qeyri-fəal mübarizə apardığı üçün 3-cü xəbərdarlıq edərək Səfərovu qalib elan edib. 

    Azərbaycan təmsilçisi yarımfinalda özbəkistanlı Diyorbek Urozboyevlə qarşılaşacaq. 

    Qeyd edək ki, bu gün 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.


    *** 14:39

    Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb. 

    "Report"un məlumatına görə, 26 yaşlı idmançı 1/8 finalda portuqaliyalı Qonsalo Mansinyonu da ipponla məğlub edib. Görüş 30 saniyə çəkib. Azərbaycan idmançısı 1/4 finalda qazaxıstanlı dünya və Asiya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Eldos Smetovla üz-üzə gələcək. 

    Qeyd edək ki, bu gün 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.


    *** 14:17

    Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

    "Report"un məlumatına görə, 26 yaşlı idmançı 1/16 finalda bolqarıstanlı Yanislav Gerçevi məğlub edib.

    O, rəqibinə 49 saniyəyə ipponla qalib gəlib. O.Səfərovun növbəti rəqibi portuqaliyalı Qonsalo Mansinyo olacaq.

    Qeyd edək ki, bu gün 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. 


    *** 11:21

    Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start veriləcək. 

    "Report"un məlumatına görə, ilk yarış günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

    Azərbaycanı bu çəkilərdə 3 idmançı təmsil edəcək. Qadınlardan Bazarraqça Erdenebat 1/32 finaldan, Leyla Əliyeva isə 1/16 finaldan mübarizəyə başlayacaq.

    Kişilərin yarışında isə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov 1/16 finaldan çıxış edəcək. 

    48 kq

    1/32 final. Bazarraqça Erdenebat - Aleksandra Pop (Rumıniya)

    1/16 final. Leyla Əliyeva - Funa Tanaki (Yaponiya)

    60 kq

    1/16 final. Orxan Səfərov - Tapiva Pavari (Zimbabve) / Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi

    Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Azərbaycanı ümumilikdə 9 kişi və 8 qadın cüdoçu təmsil edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi