Tələbəsini döyən məşqçi idmandan ömürlük uzaqlaşdırılıb
Fərdi
- 10 may, 2024
- 14:14
Dağıstanda tələbəsini döyən güləş məşqçisi Alaudin Atayev idmandan ömürlük uzaqlaşdırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Güləş Federasiyasının prezidenti Ömər Murtuzəliyev bildirib.
Ö.Murtuzəliyev sosial şəbəkələrdə yayılan videodan sonra məşqçi ilə bağlı tədbir gördüklərini deyib: “Məşqçi ömürlük diskvalifikasiya olunub. Bu hərəkət qeyri-insani idi. Dağıstanın idman nazirinə məktub yazdım. Onun bir daha idman zallarında görünməməsi üçün tədbirlər görəcək”.
Qeyd edək ki, sözügedən məşqçinin Orenburq vilayətində keçirilən ölkə birinciliyində uduzduğu üçün azyaşlı şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə video yayılıb. Məlumatı Dağıstanın bədən tərbiyəsi və idman naziri Sajid Sajidov da təsdiqləyib.
Son xəbərlər
15:58
Ceyhun Bayramov: "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir
İnfrastruktur15:50
Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb
Xarici siyasət15:48
"Sabah" "Liv Bona Dea Arena"nı 2026/2027 mövsümü üçün ehtiyat stadion kimi təqdim edib
Futbol15:45
PFL rəsmisi Elgiz Abbasov: "Araz-Naxçıvan" stadion seçimi məsələsində problem yaşayır"
Futbol15:43
Azərbaycan və Rusiya dekabrda parlamentlərarası əməkdaşlıq komissiyasının iclasını keçirəcək
Xarici siyasət15:42
Bakı metrosunda 6 müasir ventilyator quraşdırılıb
İnfrastruktur15:42
İranın endirdiyi zərbələr nəticəsində Küveytdə elektrik stansiyası zədələnib
Digər ölkələr15:40
Vaqif Poeziya Günləri çərçivəsində "Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı" keçirilib
Mədəniyyət siyasəti15:39