Azərbaycan boksçusu lisenziya turnirində ikinci qələbəsini qazanıb
Fərdi
- 08 mart, 2024
- 17:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib.
Bütün raundları xeyrinə başa vuran Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.
Qeyd edək ki, bu gün daha 1 boksçumuz qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador) döyüşəcək.
Son xəbərlər
11:44
Azərbaycan İdman Akademiyasında IV Beynəlxalq Elmi-Praktik Konfrans təşkil edilib
Fərdi
11:44
Yeni texniki reqlament layihələri təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim edilib
Biznes
11:42
Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb
Digər ölkələr
11:36
Ermənistan hökuməti TRIPP şirkətinin yaradılması haqqında sazişi təsdiqləyib
Region
11:33
İndoneziyada su basmış mədəndən 13 şaxtaçının meyiti çıxarılıb
Digər ölkələr
11:30
AMB: Əhalinin borclanmasında artım davam edir
Maliyyə
11:28
Video
UEFA Çempionlar Liqası: "Sabah"ın qapıçısının qurtarışı ən yaxşılar sırasına düşüb
Futbol
11:28
Dövlət Agentliyi: 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Biznes
11:28
Bu il 900 minə yaxın vətəndaş DOST mərkəzlərinə müraciət edib
Sosial müdafiə