Azərbaycan boksçuları oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada start götürəcək Gimnaziada İdman Oyunlarında mübarizə aparacaqlar.
Federasiyadan "Report"a verilən məlumata görə, multi-idman yarışı 7 gün davam edəcək.
Məktəblilər arasında təşkil olunacaq Gimnaziadada ölkəmizi yeniyetmələrdən ibarət komandanın üzvləri - Əli Əliyev (46 kq), Şahin Mustafatev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Tamerlan Əlimzanov (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Səfdər Məmmədzadə (+80 kq), Gülər Hüseynova (46 kq), Banuçicək Nəsirli (48 kq), Aylin Nəzərova (50 kq), Aysun Mikayılova (52 kq), Tağı Əminə (54 kq), Mələk Hümbətova (57 kq) və Dəniz Babayeva (63 kq) təmsil edəcəklər.
Bəhreyndə hakimlərimizdən Asif Məmmədovla Fərhad Rəhmanov ədaləti qoruyacaqlar.
Qeyd edək ki, Gimnaziadada boks yarışı oktyabrın 25-dən 30-dək keçiriləcək. Komanda Bəhreynə oktyabrın 23-də yola düşəcək.