Azərbaycan boksçuları Avropa çempionatında 6 medalı təmin edib

Azərbaycan boksçuları Avropa çempionatında 6 medalı təmin edib Bəxtiyar Qazıbəyovun rəqibi Ermənistan təmsilçisi olacaq
Fərdi
21 May , 2015 09:57
Azərbaycan boksçuları Avropa çempionatında 6 medalı təmin edib

Bakı. 21 may. REPORT.AZ/ Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycan milli komandasının 6 üzvü qitə birinciliyinin yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib.

70 kq çəki dərəcəsində mübarizə aparan Səid Məlikov ötən gün ¼ finalda litvalı Lukas Petrauskasdan üstün olub – 3:0. Məlikov finala gedən yolda Belarus nümayəndəsi Yeqor Skomoroxla üz-üzə gələcək. Məhəmməd Abdullayev də (+80 kq) yarımfinalçılar arasına yüksəlib. O, rumıniyalı Konstantin Emanuel Mikanı məğlub edib – 3:0. Abdullayev yarımfinalda Gürcüstanı təmsil edən Artyom Yordanyanla qarşılaşacaq. Kənan İsmayılzadə (75 kq) ilə Kənan Əliyev (46 kq) isə ¼ finalda mübarizəni dayandırıblar. Yarımfinaldakı digər rəqiblərə gəldikdə, Cavid Hüseynov (48 kq) Lorkan Harlekslə (İrlandiya), Niyaməddin Allahverdiyev (52 kq) Deklin Daffla (Şotlandiya), Orxan Həsənov (54 kq) İvan Kozyarla (Ukrayna), Bəxtiyar Qazıbəyov (60 kq) isə Koryan Asteyanla (Ermənistan) üz-üzə gələcək. 

Qeyd edək ki, döyüşlər mayın 22-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi