Azərbaycan badmintonçusu Niderlandda gümüş medal qazanıb
Fərdi
- 29 oktyabr, 2024
- 06:57
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenboş şəhərində keçirilən “International Challenge” seriyalı “Yonex Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, şəxsi yarışda finala kimi irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan Keişa Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.
Keişa qızıl medal uğrunda keçirilən oyunda Malayziya badmintonçusu Kisona Selvaduraya 0:2 (14:21,16:21) hesabı ilə uduzaraq gümüş mükafat əldə edib.
Son xəbərlər
06:18
"İnter"in baş məşqçisi Kristian Kivu 2026-cı il Olimpiya Oyunlarının məşəlini daşıyacaq
Futbol05:57
Pentaqon yaxınlığında pizza sifarişləri artıb
Digər ölkələr05:26
"Brent" neftin qiyməti 14 yanvardan sonra ilk dəfə 66 dolları keçib
Energetika05:07
Niderland Sülh Şurasına qoşulmayacaq
Digər ölkələr04:37
ABŞ Nigeriyada 177 xristianın qaçırılmasından narahatdır
Digər ölkələr04:12
ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək
Xarici siyasət04:09
Tramp Prezident İlham Əliyevə təşəkkür edib
Digər ölkələr03:47
Kanadanın bir əyaləti Britaniya tacını gerbindən çıxarıb
Digər ölkələr03:30