Azərbaycan Badminton Federasiyasına yeni prezident seçilib

Azərbaycan Badminton Federasiyasına yeni prezident seçilib Azərbaycan Badminton Federasiyasında hesabat-seçki konfransı keçirilib.
Fərdi
268
8 Dekabr , 2021 18:58
Azərbaycan Badminton Federasiyasına yeni prezident seçilib

Azərbaycan Badminton Federasiyasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinə yeni seçki keçirilib. "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov federasiyanın yeni prezidenti seçilib.

Aynur Səmədova və Emin Maqsudov İdarə Heyətinin sədr müavinləri, Rəşad Kərimov və Mirzə Orucov isə İdarə Heyətinin üzvləri seçiliblər.

İclasda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının sabiq prezidenti Mikayıl Cabbarov çıxış edərək federasiyanın yeni rəhbərliyini təbrik edərək, uğurlar arzulayıblar.

Son xəbərlər

Orphus sistemi