Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi Özbəkistan millisinin Bakıdakı məşqini izləyiblər
Fərdi
- 12 yanvar, 2024
- 13:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov Bakıda təlim-məşq toplanışında olan Özbəkistan millisinin məşqini izləyiblər.
"Report" xəbər verir ki, onlar "ASK Arena"dakı yeni bazada hazırlıq keçən Asiya təmsilçisini ziyarət ediblər.
Özbəklər ölkəmizə 14 ağırlıqqaldıranla gəliblər. Onlar arasında Ruslan Nurudinov və Əkbər Curayev də var. Nurudinov Rio-2016, Curayev isə Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibidir.
Özbəkistan millisinin Bakıda təlim-məşq toplanışı keçməsində məqsəd fevralda baş tutacaq Asiya çempionatına və yayda təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşmaqdır.
Son xəbərlər
13:22
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi
13:22
"Yandex" axtarış sisteminin Azərbaycandakı bazar payı 6,5 dəfə azalıb
İKT
13:19
SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb
Energetika
13:09
SOCAR qazma işlərini 74 %-dən çox artırıb
Energetika
13:08
Azərbaycanda oktyabrda hava iqlim normasından 3 dərəcə yuxarı olub
Ekologiya
13:07
Bəqai: İran ABŞ ilə atəşkəsi iki gün ərzində razılaşdırmağa hazırdır
Region
13:07
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununu niderlandlı hakim idarə edəcək
Futbol
13:00
Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir
Futbol
12:58
"Alpin"in pilotu Franko Kolapinto 10 saniyəlik cəza alıb
Fərdi