Azər Əliyev: Azərbaycanda qış idman növlərinə aid yarışların daimi olması üçün çalışacağıq
Fərdi
- 09 mart, 2024
- 11:53
Azərbaycanda ilk dəfədir ki, qış idman növləri ilə bağlı beynəlxalq yarış keçirilir. Çalışacağıq ki, bu, daimi olsun və yenə belə turnirlər təşkil edilsin. Məqsədimiz budur.
Bu sözləri "Report"un Şimal bürosuna açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Şahdağda beynəlxalq xizək alpinizmi yarışının açılış mərasimində deyib.
"Ümid edirik ki, bu, sonuncu turnir deyil. Bildiyiniz kimi, nəticə də əldə etdik. Çalışacağıq ki, gələcəkdə yenə müxtəlif növlərdə qış olimpiadasında təmsil olunaq", - deyə MOK rəsmisi əlavə edib.
Qeyd edək ki, yarışda 11 ölkənin 60-a yaxın idmançısı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak edirlər.
Son xəbərlər
06:25
Yaponiyada dünyanın ən böyük atom elektrik stansiyasının yenidən işə salınmasına hazırlıq görülür
Digər ölkələr05:58
İndoneziyada avtobus qəzasında 16 nəfər ölüb
Digər ölkələr05:27
Solomon adalarının cənubunda 5,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr04:51
İsrail ABŞ-ni İranın mümkün hücumu barədə məlumatlandırıb
Digər ölkələr04:25
Harri Keyn Bundesliqada rekorda imza atıb
Digər ölkələr03:59
Əlcəzair Fransa müstəmləkəçiliyinin cinayət kimi tanınmasını müzakirə edir
Digər ölkələr03:27
İl ərzində La-Manş boğazı vasitəsilə Britaniyaya 40 mindən çox miqrant daxil olub
Digər ölkələr02:51
ABŞ HHQ-nin qırıcısı Trampın iqamətgahına yaxınlaşan təyyarəni ələ keçirib
Digər ölkələr02:18