​Avropa Qran-prisinin sonuncu sərbəst yürüşü başa çatıb

Fərdi
  • 18 iyun, 2016
  • 12:32
​Avropa Qran-prisinin sonuncu sərbəst yürüşü başa çatıb

Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda keçirilən Avropa Qran Prisinin sonuncu sərbəst yürüşü başa çatıb. 

"Report"un məlumatına görə, ən yaxşı göstərici yenə də "Mercedes"in pilotu Lüis Hamiltona məxsusdur. 

31 yaşlı pilot 1:44.352 dəqiqəlik göstərici nümayiş etdirib. Hamiltonu 1:44.610 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Siyahının üçüncü pilləsində isə 1:45.540 dəqiqə ilə “Force İndia”nın pilotu Niko Hülkenberq qərarlaşıb.

Qeyd edək ki, bu pilotların sonuncu sərbəst yürüşü olub. İlk iki sərbəst yürüşdə də ən yaxşı nəticəni Lüis Hamilton nümayiş etdirib.