Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.
Fərdi
6 Oktyabr , 2022 20:55
Avropa Kuboku: Vüqar Həşimovdan inamlı qələbə, Odlar Yurdu yenə uduzub

Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.

"Report"un məlumatına görə, "Vüqar Həşimov" IV turda İsveçin "Rokaden" klubuna qalib gəlib.

"Odlar Yurdu" isə Polşa təmsilçisi "Bidqoş"a uduzub. Bu, qadınlardan ibarət kollektivin ardıcıl 2-ci məğlubiyyəti olub.

Kişilər

IV tur

"Rokaden" (İsveç) - "Vüqar Həşimov" - 1,5:4,5

Erik Blomkvist - Rauf Məmmədov - 0,5:0,5

Yunq-Min Seo - Kiril Şevçenko - 0:1

Edvin Trost - Misrətdin İskəndərov - 0,5:0,5

Teodor Könneskoq - Vüqar Əsədli - 0:1

Erik Hedman - Əhməd Əhmədzadə - 0:1

Robert Bator - Ülvi Sadıqov - 0,5:0,5

Qadınlar

"Odlar Yurdu" - "Bidqoş" (Polşa) - 1:3

Günay Məmmədzadə - Alina Kaşlinskaya - 0:1

Ülviyyə Fətəliyeva - Olivia Kiolbasa - 0,5:0,5

Gülnar Məmmədova - Karina Çifka - 0,5:0,5

Xanım Balacayeva - Yoanna Maydan - 0:1

Son xəbərlər

Orphus sistemi