Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.
Fərdi
4 Oktyabr , 2022 20:40
Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.

"Report"un məlumatına görə, "Vüqar Həşimov" II turda İsveçin "Stockholms" kollektivini sınağa çəkib. Görüş Azərbaycan təmsilçisinin 4,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

"Odlar Yurdu" isə Ukraynanın "Blue & Yellow" klubu ilə üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə məğlub edib.

Kişilər

II tur

"Vüqar Həşimov" - "Stockholms" - 4,5:1,5

Kiril Şevçenko - Lars Hauge - 1:0

Misrətdin İskəndərov - Can Ertan - 0,5:0,5

Vüqar Əsədli - Erik Torn - 0:1

Əhməd Əhmədzadə - Karl Sederstam - 1:0

Ülvi Sadıxov - Nils-Qustam Rehman - 1:0

Xəzər Babazadə - Felik Tuomainen - 1:0

Qadınlar

"Blue & Yellow" - "Odlar Yurdu" - 1:3

Natalya Buksa - Günay Məmmədzadə - 0,5:0,5

İnna Qaponenko - Ülviyyə Fətəliyeva - 0:1

Yevgeni Doluxanova - Xanım Balacayeva - 0,5:0,5

Diana Tarleva - Gövhər Beydullayeva - 0:1

Qeyd edək ki, "Vüqar Həşimov" komandası ilk turda İngiltərə "Şarks"ını, "Odlar Yurdu" isə Fransa "Filidor"unu məğlub edib.

Son xəbərlər

Orphus sistemi