Avropa çempionatı: Azərbaycanın şahmat komandaları heç-heçə ediblər

Avropa çempionatı: Azərbaycanın şahmat komandaları heç-heçə ediblər Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında V turun görüşləri keçirilib.
Fərdi
262
16 Noyabr , 2021 22:47
Avropa çempionatı: Azərbaycanın şahmat komandaları heç-heçə ediblər

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında V turun görüşləri keçirilib.

"Report"un məlumatına görə, ilk 4 turu 3 qələbə və 1 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Rusiya ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda hər iki komanda hərəyə 8 xalla 1 - 6-cı yerləri bölüşdürür.

Qadın yığması isə Ukrayna ilə üz-üzə gəlib. Bu görüşdə də eyni hesab qeydə alınıb. Azərbaycan və Ukrayna komandaları hazırda 7 xala malik 4 ölkə ilə birlikdə 4 - 7-ci yerlərdə gedirlər.

Avropa çempionatı, V tur

Kişilər

Azərbaycan - Rusiya - 2:2

Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk - 0,5:0,5

Teymur Rəcəbov - Daniil Dubov - 0,5:0,5

Rauf Məmmədov - Kirill Alekseyenko - 0,5:0,5

Qədir Hüseynov - Andrey Yesipenko - 0,5:0,5

Qadınlar

Azərbaycan - Ukrayna - 2:2

Günay Məmmədzadə - Anna Uşenina - 1:0

Gülnar Məmmədova - Yuliya Osmak - 0:1

Xanım Balacayeva - Nataliya Buksa - 1:0

Gövhər Beydullayeva - Nataliya Jukova - 0:1

Son xəbərlər

Orphus sistemi