Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar - YENİLƏNİB-3

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar - YENİLƏNİB-3 Avropa çempionatı aprelin 23-də başa çatacaq
Fərdi
19 Aprel , 2023 22:44
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar - YENİLƏNİB-3

Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 125 kq-da mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada italiyalı Abraham Konyedonla üz-üzə gəlib.

Rəqibinə 7:4 hesabı ilə qalib gələn Meşvildişvili qitə üçüncüsü olub.

Bununla da sərbəst güləşçilər yarışı 6 medalla başa vurublar. Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) və Osman Nurmaqomedov (92 kq) gümüş, Abubakr Abakarov (86 kq) isə bürünc medal əldə ediblər. Avropa çempionatı aprelin 23-də başa çatacaq.

22:25

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 92 kq-da çıxış edən idmançı finalda türkiyəli Feyzullah Aktürklə üz-üzə gəlib. Görüşün ilk hissəsini öz xeyrinə başa vuran Nurmaqomedov ikinci yarıda üstünlüyünü qoraya bilməyib.

Yekunda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi fəxri kürsünün ikinci pilləsinə qalxıb.

21:20

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada slovakiyalı Boris Makoyevi sınağa çəkib.

Rəqibinə 7:4 hesabı ilə qalib gələn Abakarov Avropa üçüncüsü olub.

14:41

Azərbaycanın daha bir sərbəst güləşçisi Abubakr Abakarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.

"Report" xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada İvars Samusonoksla (Latviya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Abakarov üçüncü yer uğrunda dueldə Boris Makoyevə (Slovakiya) rəqib olub.

74 kq-dakı Cəbrayıl Qadjiyev eyni raundda Soner Demirtaşa (Türkiyə) yenilib.

Bu gün, həmçinin, digər sərbəst güləşçilərdən 92 kq-dakı Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə), 125 kq-dakı Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonla (İtaliya) görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib. Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi