Atletimiz dünya çempionatında 3 bürünc medal qazanıb

Atletimiz dünya çempionatında 3 bürünc medal qazanıb 4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı başa çatmaq üzrədir.
Fərdi
16 Sentyabr , 2023 22:16
Atletimiz dünya çempionatında 3 bürünc medal qazanıb

4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı başa çatmaq üzrədir.

"Report" xəbər verir ki, Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

"Körpücük" üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdənqaldırmada 180 kq-ı ram edib və bu hərəkətdə dünya çempionatının bürünc medalını qazanıb.

Dadaş təkanlaqaldırmada 223 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.

Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.

Son xəbərlər

Orphus sistemi