Atletika üzrə Azərbaycan millisinin III Avropa Oyunları üçün heyəti açıqlanıb

Atletika üzrə Azərbaycan millisinin III Avropa Oyunları üçün heyəti açıqlanıb Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək atletika üzrə Azərbaycan milli komandasının heyəti bəlli olub.
Fərdi
7 İyun , 2023 19:40
Atletika üzrə Azərbaycan millisinin III Avropa Oyunları üçün heyəti açıqlanıb

Atletika üzrə Azərbaycan milli komandasının bu il Polşada keçiriləcək III Avropa Oyunları üçün heyəti bəlli olub.

Federasiyadan "Report"a verilən məlumata görə, yığmanın heyətinə 15 idmançı dəvət edilib.

Yarışda Nazim Babayev, Fəxriyyə Tağızadə (hər ikisi uzunluğa tullanma), Aleksis Kopello, Yekaterina Sarıyeva (hər ikisi üç təkanla tullanma), Anna Skidan (çəkic atma), İsmayıl Əliyev (nüvə itələmə / lövhə atma), Əlhəm Nağıyev (100 m / 200 m / 4x100 m / 4x400 m məsafəyə qaçış), Lamiyə Vəliyeva (100 m / 200 m / 400 m məsafəyə qaçış), İlahə Quliyeva (100 m / 200 m / 400 m məsafəyə qaçış), Cavid Məmmədov 400 m / 400 m məsafəyə maneələrlə qaçış / 4x400m), Elman Abışov, Anna Yusupova (hər ikisi 5000 m / 1500 m / 800 m məsafəyə qaçış), Aleksey Əliəkbərov, Əli Abdiyev, Qadir Qurbanov (hamısı 4x100 m məsafəyə estafet qaçışı) qüvvəsini sınayacaq.

Qeyd edək ki, iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq III Avropa oyunlarında atletika yarışları iyunun 20-dən 25-ə kimi keçiriləcək. Ümumilikdə 37 dəst medal sahiblərini tapacaq.

Son xəbərlər

Orphus sistemi