Anna Skidan: Avropa çempionatında və olimpiadada Azərbaycan bayrağını ucaltmaq istəyirəm

Anna Skidan: Avropa çempionatında və olimpiadada Azərbaycan bayrağını ucaltmaq istəyirəm Qarşıdakı Avropa çempionatında və Yay Olimpiya Oyunlarında hədəfim eynidir. Özümü daha da inkişaf etdirmək, bacarığımı ən yaxşı şəkildə göstərmək və təbii ki, Azərbaycan bayrağını ucaltmaq istəyirəm.
Fərdi
24 May , 2024 13:57
Anna Skidan: Avropa çempionatında və olimpiadada Azərbaycan bayrağını ucaltmaq istəyirəm

Qarşıdakı Avropa çempionatında və Yay Olimpiya Oyunlarında hədəfim eynidir. Özümü daha da inkişaf etdirmək, bacarığımı ən yaxşı şəkildə göstərmək və təbii ki, Azərbaycan bayrağını ucaltmaq istəyirəm.

Bunu "Report"a açıqlamasında Azərbaycan atleti Anna Skidan deyib.

Çəkicatma növündə mübarizə aparan idmançı Norveçin Bergen şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Trond Mohn Oyunlarında və Yanuş Kusoçinskinin Memorialında qızıl medal qazanmasına da toxunub: "Qalib olmaq həmişə xoşdur. Bu turnirlər iyunun əvvəlində Romada keçiriləcək Avropa çempionatı öncəsi bir növ məşq xarakterlidir. İtaliyada potensialımı ortaya qoymaq və nəyə qadir olduğumu göstərmək niyyətindəyəm".

"Şəxsi məşqçimin turnirlərdə və təlim-məşq toplanışlarında mənə dəstək olması üçün Ukraynanı tərk etməsi mümkün oldu. Buna görə Atletika Federasiyasının prezidenti Cavid Qurbanova və Azərbaycanın Ukraynada səfiri Seymur Mərdəliyevə təşəkkür edirəm", - deyə Skidan bildirib.

Qeyd edək ki, Anna Skidan 2023-cü ilin avqustunda Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında olimpiya lisenziyasına sahib çıxıb. Avropa çempionatı iyunun 7-12-si aralığında Romada, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi