AMADA: "Bəzi federasiyalar antidopinq maarifləndirməsinə şərait yaratmır"

AMADA: "Bəzi federasiyalar antidopinq maarifləndirməsinə şərait yaratmır" "Sevindirici hal ondan ibarətdir ki, yeni federasiya rəhbərləri tolerantlıq nümayiş etdirərək, dopinqi qətiyyən qəbul etmədiklərini bizə bildirdilər"
Fərdi
20 İyul , 2022 12:47
AMADA: Bəzi federasiyalar antidopinq maarifləndirməsinə şərait yaratmır
Şəfəq Hüseynli

Bəzi federasiyalar Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) antidopinq əleyhinə maarifləndirilməsi prosesinə şərait yaratmır.

"Report"un məlumatına görə, bunu AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.

Bununla yanaşı, Ş.Hüseynli ötən ilin sonlarından bəzi federasiyalarda olan rəhbərlərin antidopinq əleyhinə məsələlərdə onlara dəstək olduqlarını vurğulayıb:

"Bir çox federasiyalarda yeni rəhbər dəyişiklikləri olub. Sevindirici hal ondan ibarətdir ki, yeni federasiya rəhbərləri tolerantlıq nümayiş etdirərək, dopinqi qətiyyən qəbul etmədiklərini bizə bildirdilər. Bir çox məsələlərdə federasiya rəhbərliyinin mövqeyi idmançılara da təsir edir. Bu səbəbdən, federasiya rəhbərlərinə təşəkkürümü bildirirəm".

Ş.Hüseynli bildirib ki, antidopinq əleyhinə heç bir maarifləndirmə işi aparılmamış həmin federasiyaların idmançılarından dopinq-test götürülməyib. Onun sözlərinə görə, dopinq-testlərin götürülməsi ölkənin beynəlxalq arenada adı üçün önəmlidir.

Son xəbərlər

Orphus sistemi