Almaniyada kikboksinq üzrə dünya çempionu güllələnib

Almaniyada kikboksinq üzrə dünya çempionu güllələnib 37 yaşlı Musa Musalayevi ötən həftənin cümə günü maskalı naməlum şəxs güllələyib
Fərdi
23 Noyabr , 2016 15:13
Almaniyada kikboksinq üzrə dünya çempionu güllələnib

Bakı. 23 noyabr. REPORT.AZ/ Tatarıstandan olan idmançı, dəfələrlə kikboksinq üzrə dünya çempionu adı qazanmış Musa Musalayev Almaniyanın Noy-Ulm şəhərində öldürülüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Almaniya KİV-nin məlumatına görə, 37 yaşlı idmançını ötən həftənin cümə günü maskalı naməlum şəxs güllələyib. O, hadisədən sonra avtomobillə aradan çıxıb.

Hazırda polis şahid ifadələrini araşdırır və bu cinayətlə 7 ay əvvəl baş vermiş qətl hadisəsi arasında əlaqənin olub-olmadığını yoxlayır. O vaxt Baden-Vürtemberq federal torpağında kikboksinq üzrə başqa bir dünya çempionu güllələnib.

Qeyd edək ki, "Şahzadə" ləqəbli Musa Musalayev müxtəlif kateqoriyada keçirilən kikboksinq yarışlarda dünya çempionu oldu. O, 2013-cü ildə karyerasını başa vurduqdan sonra Almaniyaya köçüb.

Son xəbərlər

Orphus sistemi