Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 21-22-də Almaniyanın Düsseldörf şəhərində "Heroic Battle XVI" ( Qəhrəmanlıq döyüşü XVI-red) kikboksinq idman növü üzrə beynəlxalq turnir keçiriləcək.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yarışda Azərbaycan idmançısı da iştirak edəcək. Belə ki, reytinq xarakterli KA-1 qaydaları üzrə yarışda Azərbaycanı 75 kq çəki dərəcəsində Kikboksinq Federasiyasının "Royal Fight" klubunun idmançısı Şikar Bədəlov təmsil edəcək.