Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb

Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb Azərbaycan millisinin boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.
Fərdi
24 May , 2024 10:42
Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb

Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda təşkil olunan II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 57 kq çəkidə qüvvəsini sınayan idmançı 1/32 finalda Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb.

Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 9 boksçu ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi