AGF rəsmisi: Yarışı Tərtərə salmaqda məqsədimiz regionlarda gimnastikanın inkişafını artırmaqdır

AGF rəsmisi: Yarışı Tərtərə salmaqda məqsədimiz regionlarda gimnastikanın inkişafını artırmaqdır Yarışı Tərtərə salmaqda məqsədimiz regionlarda gimnastikanın inkişafını, tanınmasını və insanların bu sahəyə marağını artırmaqdır.
Fərdi
28 İyun , 2024 20:21
AGF rəsmisi: Yarışı Tərtərə salmaqda məqsədimiz regionlarda gimnastikanın inkişafını artırmaqdır

Yarışı Tərtərə salmaqda məqsədimiz regionlarda gimnastikanın inkişafını, tanınmasını və insanların bu sahəyə marağını artırmaqdır.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman meneceri Fuad Abbasov deyib.

Qurum rəsmisi Tərtər Olimpiya İdman Kompleksində bu gün start götürən bədii gimnastika üzrə XXIX Azərbaycan birinciliyi ilə bağlı danışıb:

"Yarışın birinci günündə bədii gimnastika üzrə milli yarışların yeni mövsümünün açılışını etdik. Artıq Tərtər Olimpiya İdman Kompleksində ikinci yarışımız keçirilir. Keçən il burada bölgələrarası kubok keçirilmişdi. Bu il isə bədii gimnastika üzrə ölkə birinciliyi təşkil olunur. Yarışı Tərtərə salmaqda məqsədimiz regionlarda gimnastikanın inkişafını, tanınmasını və insanların bu sahəyə marağını artırmaqdır".

Federasiya rəsmisi regionlarda təşkil edilən yarışların gimnastikanın inkişafına verdiyi töhfədən söz açıb:

"Regionlarda belə yarışların keçirilməsi insanların gimnastikanı tanımaları üçün töhfə verir. Bu tip yarışlar gənc gimnastlarımıza beynəlxalq arenalarda çıxış üçün bir mərhələ kimi kömək göstərir. Bu idman növünə maraq artmaqdadır. Yarış iştirakçılarından başqa, birinciliyi izləməyə gələnlərin də sayı günü-gündən çoxalır".

Qeyd edək ki, iki gün davam edəcək yarışda müxtəlif idman klublarından 130 idmançı gücünü sınayır.

Son xəbərlər

Orphus sistemi