Afrika çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma millisinin heyəti açıqlanıb

Afrika çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma millisinin heyəti açıqlanıb Tunisdə keçiriləcək ağırlıqqaldırma üzrə Afrika çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.
Fərdi
9 May , 2023 12:00
Afrika çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma millisinin heyəti açıqlanıb

Tunisdə keçiriləcək ağırlıqqaldırma üzrə Afrika çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) “Report”a verilən məlumata görə, ölkənin eyniadlı şəhərində baş tutacaq yarışda 3 idmançı mübarizə aparacaq.

Qadınlarda Nazilə İsmayılova (45 kq), kişilərdə isə İsa Rüstəmov (67 kq) və Ömər Cavadov (73 kq) 33-cü Afrika çempionatında körpücük üzərinə çıxacaqlar.

Yarış 11-18 may tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında ermənilərin təxribatı nəticəsində millinin yarışda iştirak edə bilməməsidir. Tunisdəki turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Son xəbərlər

Orphus sistemi