"Azərsun Holdinq"in prezidenti: "Azərbaycan Qolf Federasiyasına rəhbərlik etmək iddiasında deyiləm"

"Azərsun Holdinq"in prezidenti: "Azərbaycan Qolf Federasiyasına rəhbərlik etmək iddiasında deyiləm" "Üstünlüyü xarici direktora verərdim ki, ölkəmizdə qolfu inkişaf etdirsin"
Fərdi
10 Oktyabr , 2016 12:01
Azərsun Holdinqin prezidenti: Azərbaycan Qolf Federasiyasına rəhbərlik etmək iddiasında deyiləm

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Azərbaycan Qolf Federasiyasına rəhbərlik edib-etməməyim dövlətin qərar verəcəyi məsələdir". 

Bunu "Report"a açıqlamasında "Azərsun Holdinq"in prezidenti Abdulbari Goozal deyib. 

A.Goozal belə bir iddiasının olmadığını bildirib: "Olsa, üstünlüyü xarici direktora verərdim ki, Azərbaycanda qolfu inkişaf etdirsin. O, bunu məndən daha yaxşı bilər".

Yay Olimpiya Oyunlarının proqramına daxil edilən qolfun Azərbaycanda maddi-texniki bazasının yaradılması məqsədilə bir sıra tədbirlər görülüb. O cümlədən, "Azərsun Holdinq"in inşa etdirdiyi Xəyal adasında ötən il "Dreamland" qolf klubu istifadəyə verilib. A.Goozal həmin klubda bu idman növünün inkişaf etdirildiyini açıqlayıb: "Əlbəttə, inkişaf gedir. 150 daimi üzvümüz var. Onların arasında həm yerli, həm də xaricilər mövcuddur. Elə olur ki, həftəsonu oynamağa yer tapa bilmirlər. Gənclər gəlib öyrənirlər. Qolf Akademiyamız fəaliyyət göstərir".

Qeyd edək ki, Azərbaycan Qolf Federasiyasına 2011-ci il dekabrın 28-dən Anar Məmmədov rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi