AAF rəsmisi: "Dadaşın əldə etdiyi nailiyyət Azərbaycan idmanı üçün böyük uğurdur"

AAF rəsmisi: "Dadaşın əldə etdiyi nailiyyət Azərbaycan idmanı üçün böyük uğurdur" Dadaşın əldə etdiyi nailiyyət Azərbaycan idmanı üçün böyük uğurdur.
Fərdi
16 Dekabr , 2024 17:09
AAF rəsmisi: Dadaşın əldə etdiyi nailiyyət Azərbaycan idmanı üçün böyük uğurdur
Firdovsi Umudov

Dadaşın əldə etdiyi nailiyyət Azərbaycan idmanı üçün böyük uğurdur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, milli üzvü Dadaş Dadaşbəylinin Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanmasını dəyərləndirib:

"Bu gün idmançımızı qarşılmağa gələn hər kəsə təşəkkürümü bildirirəm. Sonuncu dəfə ağırlıqqaldırmada gümüş medal 2001-ci ildə qazanılmışdı. Dadaş Dadaşbəylinin əldə etdiyi uğur hər bir azərbaycanlı idmançı və məşqçiyə xüsusi motivasiya verəcək. Dadaş bir müddət öncə ağır əməliyyat keçirmişdi. AAF rəhbərliyi kimi biz bu əməliyyata görə narahat idik. Şükürlər olsun ki, bu gün hər şey idmançımız üçün yaxşı bitdi".

Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanlaqaldırmada 221 kq-ı ram edərək gümüş medal əldə edib. Toplam 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi