“Yaşıl enerji” güclərinin Avropaya ixracı üçün Xəzərdə meqa istehsal gücləri yaradılacaq

“Yaşıl enerji” güclərinin Avropaya ixracı üçün Xəzərdə meqa istehsal gücləri yaradılacaq 2027-ci ilədək 1 870 MVt həcmində bərpa olunan enerji gücləri Azərbaycanın enerji sisteminə inteqrasiya ediləcək
Energetika
4 Dekabr , 2023 17:59
“Yaşıl enerji” güclərinin Avropaya ixracı üçün Xəzərdə meqa istehsal gücləri yaradılacaq

Bərpa olunan enerji güclərini Avropaya ixrac məqsədilə Xəzər dənizində meqa istehsal gücləri yaradılacaq.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə keçirilən görüşdə deyib.

Bildirilib ki, 2027-ci ilədək 1 870 MVt həcmində bərpa olunan enerji gücləri Azərbaycanın enerji sisteminə inteqrasiya ediləcək. Növbəti mərhələdə bu məqsədlə həyata keçirilən texniki-iqtisadi əsaslandırması başa çatdıqdan sonra tikinti prosesinin başlanacağı bildirilib.

Görüşdə metan emissiyalarının azaldılması, Azərbaycanda quruda və dənizdə “yaşıl enerji” güclərinin yaradılması, hidrogen istehsalı və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə elektrik enerjisi və “yaşıl hidrogen”in ötürülməsi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib.

Söhbət zamanı Mərkəzi Asiya ölkələrinin Azərbaycan vasitəsilə bu dəhlizə qoşulması perspektivləri nəzərdən keçirilib. Azərbaycandan keçməklə Mərkəzi Asiyadan Avropa İttifaqına “yaşıl enerji” körpüsünün yaradılması ABŞ Dövlət katibinin köməkçisi tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, C. Pyatt həmçinin Azərbaycanın milli pavilyonu ilə tanış olub və Azərbaycanın “yaşıl enerji” və iqlim siyasəti, hədəfləri, həyata keçirilən “yaşıl inkişaf” kursu barədə məlumatlandırılıb.

Qeyd edək ki, görüş Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində COP 28 çərçivəsində yaradılan Azərbaycanın milli pavilyonunda baş tutub.

Son xəbərlər

Orphus sistemi