Xoşbəxt Yusifzadə: "AÇG-dən hasil edilən mənfəət neftinin 59 %- Azərbaycanın payına düşüb"

Xoşbəxt Yusifzadə: "AÇG-dən hasil edilən mənfəət neftinin 59 %- Azərbaycanın payına düşüb" İndiyə qədər Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 553 milyon ton neft və 194 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika
3 İyun , 2022 10:37
Xoşbəxt Yusifzadə: AÇG-dən hasil edilən mənfəət neftinin 59 %- Azərbaycanın payına düşüb
Xoşbəxt Yusifzadə / Report

İndiyə qədər Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 553 milyon ton neft və 194 milyard kubmetr təbii qaz hasil edilib.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.

Onun sözlərinə görə, hazırda AÇG-dən gündəlik 59 min neft, 40 milyon kubmetr təbii qaz hasil edilir.

SOCAR rəsmisi bildirib ki, hasilata başlanılan gündən bu günə qədər 325 milyon ton mənfəət nefti dünya bazarlarına nəql edilib ki, bu da ümumilikdə hasil edilən neftin 59 %-i təşkil edir.

SOCAR rəsmisi bildirib ki, indiyədək yataqlar blokundan hasil edilən neftin 325 milyon tonu Azərbaycanın payına düşüb. Bu da 59 % təşkil edir.   

O qeyd edib ki, bu ilin mayın 1-nə qədər AÇG-dən ixrac edilən 628 milyon neftin 458 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə nəql edilib.

O, həmçinin əlavə edib ki, Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından bu günə qədər 166 milyard kubmetr təbii qaz və  36 milyon ton kondensat hasil edilib.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Orphus sistemi