Vahid Ələkbərov: "Bu il "LUKoil"in mənfəəti 40% az olacaq"

Vahid Ələkbərov: "Bu il "LUKoil"in mənfəəti 40% az olacaq" Şirkətin prezidenti: "2017-ci ildə neftin qiyməti 40-50 dollar/barel olacaq"
Energetika
13 Dekabr , 2016 17:47
Vahid Ələkbərov: Bu il LUKoilin mənfəəti 40% az olacaq

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu ilin sonuna Rusiyanın “LUKoil” neft şirkətinin mənfəətinin ötən illə müqayisədə 35-40% azalacağı gözlənilir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, mənfəətin azalması neftin qiymətinin 2016-cı ildə illik müqayisədə təxminən iki dəfə az olması ilə əlaqədardır.

V.Ələkbərovun proqnozuna görə, 2017-ci ildə neftin bir barelinin qiyməti 40-50 dollar ətrafında olacaq, 2018-ci ildə isə 60 dollara qalxacaq. “LUKoil” prezidentinin qənaətincə, gələn il şirkətin gəlirləri neft sənayesində vergilərin artması ilə əlaqədar 40-50 mlrd. rubl azalacaq.

Son xəbərlər

Orphus sistemi