Ukraynalı nazir: “Azərbaycan qazının ölkəmizlə tranzitinə dair konkret təklif yoxdur”

Ukraynalı nazir: “Azərbaycan qazının ölkəmizlə tranzitinə dair konkret təklif yoxdur” Hazırda Azərbaycan təbii qazının Ukrayna ərazisi vasitəsilə tranzitinə dair konkret müqavilə təklifləri yoxdur.
Energetika
9 Avqust , 2024 09:43
Ukraynalı nazir: “Azərbaycan qazının ölkəmizlə tranzitinə dair konkret təklif yoxdur”

Hazırda Azərbaycan təbii qazının Ukrayna ərazisi vasitəsilə tranzitinə dair konkret müqavilə təklifləri yoxdur.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Qerman Qaluşenko bildirib.

“Masada konkret sənəd olmalıdır. Müzakirə edilə biləcək konkret təklif yoxdursa, hesab edirəm ki, bununla bağlı şərh vermək hələ ki, tezdir. Nə vaxt mümkün təşəbbüslər praktiki təkliflərə çevrilsə, o zaman bu barədə danışacağıq”, - o qeyd edib.

Nazir Azərbaycanın Avropaya qaz ixracında çox maraqlı olduğunu vurğulayıb: “Bu günə qədər Azərbaycanın qaz ixracını hansı miqyasda artırdığına nəzər yetirə bilərsiniz. Bununla bağlı rəqəm açıqlamayacağam, lakin Azərbaycan Avropaya tədarükləri əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Bunun üçün onların çox böyük resursları var”.

Rusiya qazının Ukrayna vasitəsilə tranzitinin uzadılması perspektivləri ilə bağlı danışan Q.Qaluşenko qeyd edib ki, ölkəsi Rusiya ilə bu istiqamətdə müqavilənin müddətini uzatmağı planlaşdırmır.

Son xəbərlər

Orphus sistemi