Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 3 %-dən çox azalıb

Energetika
  • 25 sentyabr, 2024
  • 06:22
Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 3 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 147,533 milyon barel neft nəql edilib.

“Report” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin 7 ayı ilə müqayisədə 5,058 milyon barel və ya 3,32 % azdır.

Bu ilin avqust ayında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 16,849 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,333 milyon barel və ya 12,2 % azdır.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti