Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 9 %-dək artırılıb

Energetika
  • 22 avqust, 2022
  • 07:49
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 9 %-dək artırılıb

Bu ilin iyul ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 18,517 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin iyul ayı ilə müqayisədə 2,007 milyon barel və yaxud 12,15 % çoxdur.

Bu ilin yanvar-iyul aylarına isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 125,634 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,196 milyon barel və yaxud 8,83 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti