Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 11 % artıb

Energetika
  • 20 sentyabr, 2022
  • 06:55
Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 11 % artıb

Bu ilin avqust ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 18,441 milyon barel neft nəql edilib.

Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 1,827 milyon barel və yaxud 11 % çoxdur.

Bu ilin yanvar-avqust aylarında isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 144,074 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,022 milyon barel və yaxud 9,1 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti