Tbilisidə qazın qiyməti qaldırılıb - YENİLƏNİB

Tbilisidə qazın qiyməti qaldırılıb - YENİLƏNİB Dəyişiklik iyulun 20-də qüvvəyə minəcək
Energetika
18 İyul , 2017 17:32
Tbilisidə qazın qiyməti qaldırılıb - YENİLƏNİB

Tbilisi. 18 iyul. REPORT.AZ/ Gürcüstan Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası Tbilisi əhalisi üçün qazın istehlak tarifini 1,2% artırıb.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, hökumətin bu qərarından sonra “SOCAR Georgia Gas” şirkətinin Gürcüstanda satdığı təbii qazın qiyməti də artıb.

“SOCAR Georgia Gas” şirkətindən bildiriblər ki, bu qərara qədər “Sakorqqaz” və “SOCAR Georgia Gas” şirkətinin satdığı təbii qazın qiyməti regionlar üzrə dəyişirdi. Ortalama qiymət təqribən 55 tetri təşkil edirdi. Bundan sonra isə hər iki şirkətin satdığı qiymət təqribən eyni olacaq – 57 tetri”.

Şirkətdən bildiriblər ki, hazırda SOCAR Gürcüstanın 80 faizdən çoxunu təbii qazla təmin edir.


*** 16:29

Bakı. 18 iyul. REPORT.AZ/ Gürcüstan Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası Tbilisi əhalisi üçün qazın istehlak tarifini 1,2% artırıb.

“Report”un “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, “KazTransQaz Tbilisi” qazpaylayıcı şirkətinin abonentləri üçün qazın 1 kubmetrinin tarifi ƏDV daxil olmaqla 46,153 tetriyə qədər artırılıb.

Dəyişiklik iyulun 20-də qüvvəyə minəcək və 2018-cı il dekabrın 31-dək qüvvədə qalacaq.

Tarifin qaldırılması ilə bağlı qərar şirkətin müraciəti əsasında qəbul edlib.

Hazırda Tbilisidə 1 kubmetr qazın tarifi 45,62 tetri təşkil edir.

Son xəbərlər

Orphus sistemi