TAP Azərbaycandan İtaliya və Yunanıstana qaz tədarükü sifarişini açıqlayıb
- 25 dekabr, 2023
- 05:46
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 25-dən 31-dək 281 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər edib.
Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, dekarın 18-dən 24-dək olan qazın tədarükü göstəricisi ilə müqayisədə eynidir.
Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 25-dən 31-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da ötən həftənin göstəricisi ilə müqayisədə eynidir.
Yunanıstanın Komotini çıxış nöqtəsindən dekabrın 25-dən dekabrın 31-nədək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də dekabrın 25-dən dekabrın 31-nədək hər gün üçün ötən hətədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.