Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün həyata keçirilən Trans-Anadolu Boru Kəməri (TANAP) ilə indiyə kimi (2018-ci il iyunun 30-dan) Türkiyəyə 2,5 mlrd. kubmetrdən çox qaz nəql olunub.
"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən mətbuat konfransında Energetika naziri
O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin seqmentləri üzrə ümumi inkişaf göstəriciləri “Şahdəniz Mərhələ 2”də 93% (ilk qazın əldə olunması 100%), TANAP-da 99,9%, TAP-da isə 90%-ə yaxındır.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi,
İlkin mərhələdə ildə 16 mlrd. kubmetr qazın nəqli nəzərdə tutulur ki, bu həcmin 6 mlrd. kubmetri Türkiyə bazarlarına, 10 mlrd. kubmetri Avropa bazarlarına çatdırılacaq. 2018-ci il iyunun 30-dan TANAP-la Türkiyə bazarına kommersiya qazının nəqlinə başlanılıb. 2020-ci ilin əvvəlində Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.