Tahir Budaqov: “Azərbaycan hasilat sənayesində şəffaflıq səylərini daima dəstəkləyir"

Tahir Budaqov: “Azərbaycan hasilat sənayesində şəffaflıq səylərini daima dəstəkləyir" “Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri daima dəstəkləyir".
Energetika
19 Oktyabr , 2021 16:18
Tahir Budaqov: “Azərbaycan hasilat sənayesində şəffaflıq səylərini daima dəstəkləyir
Tahir Budaqov

“Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri daima dəstəkləyir".

“Report”un xəbərinə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov “Hasilat sənayesində şəffaflıq” portalının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2003-cü ildə "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü"nə qoşulub, 2005-ci ildə dünyada ilk dəfə şəffaflıq təşəbbüsü üzrə hesabat açıqlayıb: “Hasilat sənayesində şəffaflığın təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilib, Azərbaycan BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na və "2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı"na layiq görülüb”.

T.Budaqov vurğulayıb ki, son illər hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilib: “Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır”.

Son xəbərlər

Orphus sistemi