​"Suraxanı Oil" əməliyyat şirkəti üçün 69 yeni quyu qazılıb

​"Suraxanı Oil" əməliyyat şirkəti üçün 69 yeni quyu qazılıb Ötən ildən ikinci lülə ilə qazma işlərinə start verilib və indiyədək 14 quyu qazılıb
Energetika
24 Sentyabr , 2015 12:46
​Suraxanı Oil əməliyyat şirkəti üçün 69 yeni quyu qazılıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Gulf Drilling Azerbaijan" şirkəti 2008-ci ildən indiyədək "Suraxanı Oil" əməliyyat şirkətinin sifarişi ilə "Suraxanı" və "Qaraçuxur" yataqlarnda ümumilikdə 69 yeni quyu qazıb. "Report" xəbər verir ki, bunu əməliyyat şirkətinin icraçı direktoru Arzu Sarıbalayev bildirib.

A.Sarıbalayev qeyd edib ki, quyuların istismarı bu gün də davam etdirilir.

Bundan başqa o əlavə edib ki, 2014-cü ildən ikinci lülə ilə qazma işlərinə start verilib və indiyədək 14 quyu qazılaraq istismara verilib.

Qeyd edək ki, "Suraxanı Oil" layihəsi üzrə müqavilə 2005-ci il avqustun 16-da Bakıda SOCAR (25%) və "Novatis Oil" şirkəti (keçmiş "Rafi Oil", BƏƏ - 75%) arasında imzalanıb. Bu, Azərbaycan Dövlət Neft Şirkətinin 1994-cü ilin sentyabr ayından imzaladığı sayca 26-cı PSA müqaviləsidir.

Bakıdan 14 km şimal-şərqdə yerləşən müqavilə blokunun ümumi sahəsi 13 kv. km-dir. "Suraxanı Oil"a aid yataqlar qrupu 1904-cü ildən işlənilir.

Son xəbərlər

Orphus sistemi