Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
idarə edilməsi” mükafatına layiq görülüb.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A. Ş.” məlumat yayıb.
“STAR Rafineri”nin baş direktoru Mesut İlter bildirib ki, bu mükafat layihə maliyyələşdirilməsi 5 il müddətində saziş qaydalarına uyğun, təsirli və uğurla həyata keçirildiyinə görə verilib.
O xatırladıb ki, STAR indiyədək bir çox mükafatlara layiq görülüb.
Qeyd edək ki, STAR zavodunun 2018-ci il oktyabrın 19-da açılış mərasimi keçirilib.
STAR-ın təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.
Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.
Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq.