STAR neft emalı zavodu xam neft idxalını azaldıb

Energetika
  • 01 yanvar, 2025
  • 06:15
STAR neft emalı zavodu xam neft idxalını azaldıb

Ötən ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 201 min 588 tondan çox xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 8,89 %-i deməkdir.

STAR zavodu üçün idxal edilən neftin həcmi 2023-cü ilin eyni ayı ilə müqayisədə 690 min 282 ton və ya 4,42 dəfə az olub.

Ötən ilin oktyabr ayında Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 180 min 715 tondan çox xam neft idxal edilib. Bu, bir il əvvəlki ayın göstərici ilə müqayisədə 762 min 297 ton və ya 25,9 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Son xəbərlər

Bütün Xəbər Lenti