STAR zavodu xam neft idxalını 4 %-dən çox artırıb

Energetika
  • 29 dekabr, 2023
  • 09:16
STAR zavodu xam neft idxalını 4 %-dən çox artırıb

Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 891 min 870 tondan çox xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) statistikasına istinadən xəbr verir.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 min 050 ton və ya 4,09 % çoxdur.

Türkiyəyə idxal edilən xam neftin 21,01 %-i STAR zavodu tərəfindən həyata keçirilir.

Hesabat dövründə Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 943 min 012 tondan çox xam neft idxal edilib. Bu, 2022-ci ilin oktyabr ayının göstərici ilə müqayisədə 58 min 925 ton və ya 2,04 % çoxdur.

Xatırladaq ki, STAR zavodunun təməli 5 oktyabr 2011-ci ildə qoyulub, açılışı isə 19 oktyabr 2018-ci ildə olub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Hazırda zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti