SOCAR və “Romgaz S.A.” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair Saziş imzalanıb

SOCAR və “Romgaz S.A.” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair Saziş imzalanıb ​​​​​​​Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb
Energetika
3 Fevral , 2023 14:48
SOCAR və “Romgaz S.A.” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair Saziş imzalanıb

Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb.

Bu barədə “Report"a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.

İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və “yaşıl enerji” strategiyasına mühüm töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi