SOCAR və “KazMunayGaz” Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılmasını müzakirə edib

SOCAR və “KazMunayGaz” Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılmasını müzakirə edib ​​​​​​​Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” Milli Şirkəti arasında Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib
Energetika
25 İyul , 2024 12:48
SOCAR və “KazMunayGaz” Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılmasını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” Milli Şirkəti arasında Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf və “KazMunayGaz”ın İdarə Heyətinin sədri Asxat Xasenov arasında keçirilən görüşdə bildirilib.

Görüşdə şirkətlər arasında strateji tərəfdaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub.

Tərəflər SOCAR ilə “KazMunayGaz” arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti “Azərtrans” və “Səngəçal” terminallarına səfər edərək, burada yaradılan şərait və texnoloji proseslərlə tanış olub.

Son xəbərlər

Orphus sistemi