SOCAR və IMF enerji keçidi və rəqəmsallaşmanı müzakirə edib
Energetika
- 07 noyabr, 2023
- 13:41
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında enerji keçidi və rəqəmsallaşma məsələləri üzrə fikir mübadiləsi aparılıb.
“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, bununla bağlı SOCAR və IMF-nin Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordon ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə IMF arasındakı səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində tərəfdaşlarla birgə atılan addımlar, SOCAR-ın strateji hədəfləri, yeni Əməliyyat Modeli barədə məlumat verilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Son xəbərlər
08:13
"POLITICO": Fin körfəzində Rusiya tankerlərinin toplanması Avropanı təşvişə salıb
Digər ölkələr07:51
Yeni Zelandiya sakinləri "Vaianu" siklonuna görə təxliyə olunur
Digər ölkələr07:25
WSJ: İranın yeraltı anbarlarda minlərlə raketi var
Region07:05
Dünya Bankı: Yaxın Şərqdəki müharibə qlobal iqtisadiyyata təsir göstərəcək
İqtisadiyyat06:40
Video
"Artemida-2" Ay missiyası uğurla başa çatıb
Elm və təhsil06:16
BMT Ukraynanın mülki əhalisi üçün ən ölümcül silahı açıqlayıb
Digər ölkələr05:52
Tramp Vaşinqtonda dünyanın ən böyük zəfər tağını ucaldacaq
Digər ölkələr05:28
Kim Çen In Çinlə münasibətləri möhkəmləndirmək istəyir
Digər ölkələr05:00