"SOCAR Ukraine" Moldovaya təchizatı ayda 5 min tona çatdırmağı planlaşdırır

"SOCAR Ukraine" Moldovaya təchizatı ayda 5 min tona çatdırmağı planlaşdırır Şirkət Moldovada ilkin olaraq topdan ticarətlə məşğul olacaq
Energetika
23 Fevral , 2017 14:41
SOCAR Ukraine Moldovaya təchizatı ayda 5 min tona çatdırmağı planlaşdırır

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə strukturu - “SOCAR Ukraine” şirkəti Moldova bazarında ilkin olaraq topdan satışla məşğul olacaq.

“Report” xəbər verir ki, bunu “Delo” saytına müsahibəsində şirkətin topdan ticarət istiqaməti üzrə direktoru Andrey Bıçkov bildirib.

A.Bıçkov Moldova bazarına çıxışın mərhələlərə bölündüyünü və ilkin addımın topdan satış olduğunu qeyd edib: “Hazırda biz perspektivləri qiymətləndiririk. Başlanğıc olaraq infrastruktura əhəmiyyətli investistisiya tələb etməyən, amma vəsaitlərin sürətli dövriyyəsini təmin edən topdan ticarət olacaq. Planlarda təchizatı ayda 5 000 tona çatdırmaqdır. Bu isə əhəmiyyətli bazar payına sahib olmağa imkan verəcək". 

O, Moldova qanunvericiliyinin və bu ölkədə biznesin risklərinin öyrənildiyini qeyd edib. Şirkət rəsmisi martda növbəti addımların daha da dəqiqləşəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi