SOCAR qazma işlərini 31% artırıb

Energetika
  • 22 yanvar, 2018
  • 10:47
SOCAR qazma işlərini 31% artırıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci il ərzində 138 min metr qazma işi həyata keçirib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur.

Qeyd olunub ki, SOCAR 2017-ci ildə qazma işlərinin həcmini artırmaqla neft və təbii qaz hasilatını sabitləşdirib. İl ərzində həyata keçirilən qazma işlərinin 93%-i istismara, 7%-i kəşfiyyata aid olub. Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

2017-ci ildə SOCAR üzrə hasilat 7,4 mln. ton neft, 6,1 mlrd. kubmetr qaz təşkil edərək əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişib. Ümumiyyətlə, 2017-ci ildə ölkə üzrə 38,7 mln. ton neft və 28,6 mlrd. kubmetr təbii qaz hasil olunub.