SOCAR qaz hasilatını 6 % artırıb

SOCAR qaz hasilatını 6 % artırıb Bu ilin yanvar-mart aylarında şirkət 1,916 milyard kubmetrdən çox təbii qaz hasil edib
Energetika
16 Aprel , 2021 13:16
SOCAR qaz hasilatını 6 % artırıb

Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1,924 milyon tondan çox neft hasil edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqladığı rəqəmlərdə deyilir.

Məlumata görə, şirkətin neft hasilatı 2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 0,2 % çoxdur.

Bu ilin yanvar-mart aylarında SOCAR 1,916 milyard kubmetrdən çox qaz hasil edib ki, bu da 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 5,6 % çoxdur.

Son xəbərlər

Orphus sistemi