SOCAR Londonda Beynəlxalq Neft Həftəsində iştirak edib

SOCAR Londonda Beynəlxalq Neft Həftəsində iştirak edib Tədbirdə iştirakda əsas məqsəd Azərbaycanı bir daha tanıtmaq, yeni tərəfdaşlar əldə etmək olub
Energetika
127
13 Fevral , 2015 13:50
SOCAR Londonda Beynəlxalq Neft Həftəsində iştirak edib

Bakı. 13 fevral. REPORT.AZ/ Britaniya Energetika İnstitutunun təşkilatçılığı ilə fevralın 10-12-də Londonun "Intercontinenta l London Park Lane" hotelində ənənəvi Beynəlxalq Neft Həftəsi ("IP Week-2015") keçirilib. Beynəlxalq neft həftəsi dünyanın müxtəlif ölkələrindən neft, qaz və enerji sektorunu təmsil edən nümayəndələrin iştirak etdiyi beynəlxalq forumdur.

"Report"un verdiyi xəbərə görə, tədbirdə dünyanın tanınmış neft şirkətlərinin nümayəndələri iştirak ediblər. Forumun keçirilməsində məqsəd enerji sektorunda baş verən beynəlxalq dəyişiklikləri, maliyyə və investisiyaları müzakirə etmək, Afrika, Asiya və Rusiya kimi səciyyəvi regionlara nəzər salmaq və təhlil etməkdən ibarətdir.

Həftə ərzində davam edən tədbir çərçivəsində müxtəlif görüşlər, konfranslar keçirilir, şirkətlər tərəfindən təqdimat gecələri təşkil edilir.

Toplantıya qatılan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq 4 ildir ki, Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbir keçirir. SOCAR-ın tədbirdə iştirakının əsas məqsədi Azərbaycanı bir daha tanıtmaq, şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni-yeni tərəfdaşlar əldə etmək olub. Tədbiri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər. 

Qeyd edək ki, neft həftəsi çərçivəsində “Beynəlxalq enerji təhlükəsizliyi”, “Neft və qaz landşaftının dəyişdirilməsi strategiyası”, “Rusiya və MDB ölkələri: uzunmüddətli baxış", "Orta Şərqin mədən sənayesində inkişaf potensialı", "ABŞ-ın emal sənayesinin potensialı - neft hasilatının artırılması" və s. mövzularda seminarlar keçirilib.

Son xəbərlər

Orphus sistemi